Korporativ Mədəniyyət
Baku Automation and Construction Group Missiyamızda, Dəyərlərimizdə və Gələcəyə Baxışımızda qeyd olunan hədəflərə uyğunlaşdırılaraq idarə olunur.
Korporativ Mədəniyyət və onun gücləndirilməsi Baku Automation and Construction Group üçün daha yüksək performans, keyfiyyəti təmin etməklə bərabər korporativ idarəetmə və layihə rəhbərliyi üçün çox vacibdir.
Biz Baku Automation and Construction Group olaraq güclü və dayanıqlı Korporativ Mədəniyyətə yüksək önəm veririk. Belə ki, Korporativ Mədəniyyət isdedlar arasında rəqabəti gücləndirir. Şirkətin diversifikasiyası artır və dolayı yolla biznesin tempi də qalxır, daim inkişafyönümlü olur.
Komandamızda olan müxtəlif milli mənsubiyyətə malik, çoxdilli və çox mədəniyyətli əməkdaşları, Şirkətimizin Biznes Fəaliyyətinin müxtəlif ölkələri əhatə etməsi Korporativ Mədəniyyətin daha da zənginləşməsinə böyük qatqı verir.
Baku Automation and Construction Group olaraq dövlətimizin və millətimizin dəyərlərinə böyük önəm veririk. Xalqımıza, əməkdaşlarımıza, müştəri və tərəfdaşlarımıza fayda vermək bizim korporativ mədniyyətimizin vacib ünsürlərindəndir.